MORFOLOGİYA
NİTQ HİSSƏLƏRİ
Morfologiya qrammatikanin əsas şöbələrindən biri olub, dildə mövcud olan söz və onun formalarını öyrənir, dildəki sözlərin ünsiyyət prosesində formaca dəyişməsi qaydalarından bəhs edirş
Dildə mövcud olan sözlər leksik mənalarına, morfoloji əlamətlərinə, sintaktik funksiyalarına görə müəyyən qruplara bölünür ki, bunlara nitq hissələri deyilir. Bu əlamətlərə görə ingilis dilində sözlər aşağıdakı nitq hissələrinə bölünür:
- İsim ( The Noun )
- Sifət ( The adjective )
- Əvəzlik ( the Pronoun )
- Say ( the Numeral )
- Fel (the Verb )
- Zərf (the Adverb )
- Modal sözlər (Modal Words )
- Nida ( the İnterjections)
- Artikl (the Article )
- Sözönü (the Prepositions )
- Bağlayıcı (the Conjunction)
- Ədat (the Particle)
- Əsas nitq hissələri ( Notional parts of speech )
- Sərbəst nitq hissələri (Free Parts of Speech )
- Köməkçi nitq hissələri ( Structural Parts of Speech )
Köməkçi nitq hissələri cümlədə müstəqil üzv ola bilmir. Onlar dildə mövcud olan qrammatik mənaları ifadə edir, köməkçi funksiya daşıyır. Artikl, sözönu, bağlayıcı, ədat köməkçi nitq hissələridir.
Sərbəst nitq hissələrinə nida və modal sözlər daxildir.Onlar əsas və köməkçi nitq hissələrindən fərqlənir. Əsas nitq hissələrindən fərqli olaraq, cümlə üzvü ola bilmir, heç bir qrammatik kateqoriyaya malik deyil; köməkçi nitq hissələrindən fərqli olaraq dildə qrammatik məna ifadə etmək vasitəsi ola bilmir, yəni köməkçi funksiya daşıya bilmir. Onların hər ikisi cümlənin quruluşuna daxil olmadan sərbəst işlənir, müstəqil olur.
Müasir ingilis dilində təsdiq və inkar sözləri ( Words of Affirmation and Negation ) bir çox xüsusiyyətlərinə görə modal sözlərə bənzəyir. Buna görədə təsdiq və inkar sözlərini modal sözlər qrupuna daxil etmək mümkündür.
Növbəti dərs İSİM haqqında olacaq.
Hiç yorum yok:
Yorum Gönder